"Azərbaycanı daha böyük uğurlar gözləyir"

"Azərbaycanı daha böyük uğurlar gözləyir"

Asəf Qurbanov: “Əgər millətim üçün kiçik bir xidmətim olsa özümü dünyanın ən xoşbəxt insanı hesab edərəm”

Məmləkətimiz bu gün bayram içindədir. Çünki xalqın istəyi və böyük mütəşəkkiliyi ilə İlham Əliyev yenidən 7 il müddətinə Azərbaycan Müstəqil Respublikasının prezidenti seçildi. Deməli, əvvəlki illərdə olduğu kimi xalq yenə də düzgün seçimini etdi. Axı cənab İlham Əliyevin 15 il Azərbaycanın prezidenti olduğu müddətdə xalq gördü və bir daha başa düşdü ki, ölkəmiz yalnız onun sayəsində əvvəlki uğurlarını davam etdirə bilər. Çünki əvvəlki 15 ildə cənab İlham Əliyevin ən böyük ali məqsədi və istəyi olmuşdu ki, sübut eləsin o, həqiqətən də hər bir azərbaycanlının prezidentidir. Bunu da sübut elədi. Azərbaycan həqiqətən bu illərdə bir intibah dövrünü yaşayır. Belə ki, bu 15 ildə Azərbaycanda bütün sahələrdə böyük quruculuq işləri gedib. Təkcə paytaxtımız Bakı yox, böyük şəhərlərimiz Gəncə, Sumqayıt və bütövlükdə Azərbaycan quruculuq sahəsində gözəlləşib, yollarımız abadlaşıb, insanlarımızın rufah halı şayxıladıb, xalqımızın özünə və ordusuna inamı çox artıb. Ölkə başçısı cənab İlham Əliyevin sayəsində Azərbaycan bu 15 ildə MDB məkanında iqtisadi inkişaf sahəsində ən aparıcı ölkələrdən biri olub.

11 aprel Preziden seçkiləri ərəfəsində və seçkilərdən sonra biz, tez-tez ziyalılarla, sahibkarlarla, iş adamları ilə təmasda olmuşuq və oluruq. Onların da demək olar ki, hamısının bu seçim ürəyincədir. Hamı xalqımızın bu seçimini bəyənir və bu haqda böyük fəxarətlə danışırlar. Belə sahibkarlardan və iş adamlarından biri, dəyərli ziyalı, qanı və canı ilə doğma yurda bağlı insan olan “İsgəndər ASA HOLDİNQ ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti Asəf Səməd oğlu Qurbanovdur. Prezident seçkiləri ilə bağlı onun fikirlərini öyrənmək istədik.

- Məşhur iş adamı və filosof Riçard Kobden adlı böyük şəxsiyyət olub. O, məşhur filosoflar Adam Simitin və David Rikardonun ideyalarını həyatda tətbiq etməklə reallaşdırıb. Onun belə bir maraqlı fikri var: “ Yer üzündə sülh, bərabərlik, əmin-amanlıq o vaxt olacaq ki, insanlar bütün cavabdehli işləri dövlət məmurları ilə yox, özləri öz aralarında görəcəklər”. Bax, cənab İlham Əliyevin başladığı yeni islahatlar artıq ondan xəbər verir. Azərbaycan günü-gündən daha da gözəlləşir. Ona görə də artıq belə qərara gəlmişəm ki, bundan sonrakı ömrümü yalnız Azərbaycana və onun iqtisadiyyatının daha da dirçəlməsinə həsr edim. Əgər millətim üçün kiçik bir xidmətim olsa özümü dünyanın ən xoşbəxt insanı hesab edərəm,- deyə Asəf Qurbanov bildirdi.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə