DSX 3 xarici vətəndaşı saxta sənədlərlə yaxaladı

DSX 3 xarici vətəndaşı saxta sənədlərlə yaxaladı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

2018-ci ilin 24-25 aprel tarixlərində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası ərazisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınmışdır.

24 apreldə “Şarja-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı özlərini Böyük Britaniya vətəndaşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Siddiqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərə-findən sərhəd nəzarətinə təqdim olunmuş pasportların həqiqiliyi şüb-hə doğurmuşdur.

25 apreldə “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi zamanı özünü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Mu-hammed Luqman Muhammed Amen pasportunun saxta olmasına şübhələr yaranmışdır.

Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şərai-tində dərinləşdirilmiş yoxlamadan keçirilmiş, pasportların məlumat sə-hifəsinin dəyişdirilərək saxtalaşdırılması müəyyən edilmişdir. Həmin şəxslərin üzərinə baxış keçirilərkən onlara məxsus birinci halda Pakis-tan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aş-kar olunmuş, məqsədlərinin Azərbaycan Respublikasının ərazisindən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilmişdir.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd-birləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə