Bəhruz Quliyev: “Prezident tərəfindən jurnalistlərin mükafatlandırılması, onların sosial problemlərinin həlli ilə bağlı sərəncamlar verməsi media işçiləri tərəfindən alqışlanır” - MÖVQE
"Bu gün jurnalistlər dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğının sevincini bir daha yaşadılar. Güman edirəm ki, media mənsublarına bu sayaq münasibət sonuncu olmayacaq. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ənənə bu gün Prezidentimiz İlham Əliyev tərəfindən daha yüksək səviyyədə, daha modern, təkmilləşdirilmiş formada həyata keçirilir". Bu sözləri SİA-nın müxbirinə açıqlamasında "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev deyib.
Baş redaktor bildirib ki, Prezident tərəfindən jurnalistlərin mükafatlandırılması, onların sosial problemlərinin həlli ilə bağlı sərəncamlar verməsi və xüsusi olaraq Prezident fondundan jurnalistlər üçün yeni evlərin tikilməsinə 5 milyon manat vəsaitin ayırması media işçiləri tərəfindən alqışlanır.
B.Quliyev bir məsələni də qeyd edib ki, Prezident tərəfindən verilmiş bu sərəncamın dünyada anoloqu yoxdur: "Ola bilsin ki, hansısa ölkədə jurnalistlər mükafatlandırıla bilər, amma dövlət tərəfindən jurnalistlərə çox sayda ev verilməsi və bu işə 5 milyon manat pul xərclənməsi həqiqətən də bənzəri olmayan hadisədir. Mən bunu Azərbaycan jurnalistikasının inkişafı üçün atılan addım hesab edirəm. Bütün bunlara görə həmkarlarım adından cənab Prezidentə təşəkkür edirəm. Mən və həmkarlarım aldığımız bu mükafatın üzərimizə qoyduğu məsuliyyətin böyüklüyünü dərk edirik və ümid edirik ki, gələcəkdə də xalqımızın və cəmiyyətimizin inkişafı üçün çalışacağıq".
Qeyd edək ki, bu gün Mətbuat Evinin Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 21 iyul tarixli sərəncamı ilə jurnalistlərə verilmiş mükafatların təqdimetmə mərasimi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB