Kaspi Təhsil Mərkəzi daha 4 ölkə ilə tərəfdaşlıq əlaqələri yaradıb- Açıqlama
Kaspi Təhsil Mərkəzi (KTM) daha 4 ölkə ilə tərəfdaşlıq əlaqələri yaradıb. Bu barədə SİA-ya Kaspi Təhsil Şurasının sədri Sona Vəliyeva məlumat verib. Mərkəzin 100- dən artıq ölkənin ali məktəbləri ilə tərəfdaşlıq etdiyini dilə gətirən S.Vəliyeva bildirib ki, bura Amerikanın, Kanadanın və bir sıra Avropa ölkələrinin tanınan ali məktəbləri daxildir. O vurğulayıb ki, Mərkəzin yeni tərəfdaşlığa başladığı ali məktəblərə sənədlər cari ilin dekabr ayında göndəriləcək.
S.Vəliyeva vurğulayıb ki, hər il mərkəzin həyata keçirdiyi beynəlxalq sərgi vasitəsilə 100-lərlə ölkə gənci xaricdə təhsil almağa göndərilir. O söyləyib ki, Kaspi Təhsil Mərkəzinin həyata keçirdiyi sərgilərin əsas məqsədi 2007-2015-ci illərə qədər 5 min Azərbaycan gəncinin xaricdə təhsil alıb qayıtmasını təmin etməkdir.
"Kaspi Təhsil Mərkəzi tələbələrə xaricdə təhsil almaq üçün tələb olunan proqramlar üzrə yardım edir, onları hazırlayır. Bura həm bakalavr, həm də magistr səviyyəsində təhsil almaq istəyən gənclər daxil ola bilər. Çünki mərkəzdə hər iki mərhələ üçün proqramlar həyata keçirilir. Bundan əlavə hər il mərkəz tərəfindən həyata keçirilən beynəlxalq təhsil sərgisi vasitəsilə tələbələr xarici təhsillə bağlı onları maraqlandıran suallara cavab tapa bilirlər. İndiyə qədər 3 belə sərgi keçirilib. Bu ənənənin davamı olaraq Kaspi Təhsil Mərkəzi gələn il də belə bir sərgi keçirmək niyyətindədir. Həmçinin Mərkəz bu ənənəni hər il davam etdirməyi planlaşdırır",- deyə S.Vəliyeva vurğulayıb.
KTM-nın vasitəsilə xaricdə təhsil alan tələbələrin xüsusi diqqətdə saxlandığını qeyd edən Şura sədrinin sözlərinə görə, KTM vizaların, biletlərin alınması, yola salınması və digər proseslərdə də iştirak edir:"Azərbaycanlı gənclərin xaricdəki təhsil addımları ilə mərkəz daim maraqlanır, orada hər hansı bir çətinlik olan zaman hətta bir universitetdən digərinə transfer olmalarınada da mərkəz yardımçı olur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB