Qaradağ Rayon Polis İdarəsinə yeni rəis təyin olunub

Qaradağ Rayon Polis İdarəsinə yeni rəis təyin olunub

Bakının polis bölmələrindən birinə yeni rəis təyin olunub.

SİA xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Yasər İbadov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Yasər İbadov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini olub.

Bütün xəbərlər Facebook səhifəmizdə