ACX-nin 100 illiyi ilə əlaqədar xatirə medalı təsis edilə bilər

ACX-nin 100 illiyi ilə əlaqədar xatirə medalı təsis edilə bilər

Milli Məclisin planar iclasın deputat Fərəc Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi əlaqədar xatirə medalının təsis edilməsi təklifi ilə çıxış edib. SİA-nın xəbərinə görə, deputat çıxışında bildirib ki, ölkəmizdə bir çox sahələrdə fəaliyyətə görə medallar təsir edilir.

Milli Məclisin bütün strukturların ağırlığını çəkən qurum olduğunu deyən deputat söyləyib ki, bu baxımdan parlamentin haqqıdır ki, xatirə medalı təsis olunsun: “Burada oturan deputatların bu medalla təltif olunması yerinə düşər”.

Deputatın təklifinə cavab olaraq Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Milli Məclisdə bayram tədbiri keçiriləcək: “Bu tədbirə bir sıra qonalaqrın dəvət olunması nəzərdə tutulur. Düşünürəm ki, medalın təsisi ilə bağlı qaldırdığınız məsələyə bu çərçivədə baxılacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə