"Ombudsman problemli kreditlərlə bağlı məsələyə müdaxilə etsin" TƏKLİF

"Ombudsman problemli kreditlərlə bağlı məsələyə müdaxilə etsin" TƏKLİF

"Elmira Süleymanova o qədər kübar xanımdır ki, adam tənqidi fikirlər söyləmək istəmir. Mən təklif edirəm ki, insan hüquqları ilə bağlı qanun layihəsi hazırlanarkən qanunlar müvəkkilə göndərilsin və onun rəyi öyrənilsin”. SİA-nın xəbərinə görə,bunu Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsinə münasibət bildirərkən deyib.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin tamam olduğunu deyən deputat söyləyib ki, Ombudsman Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı ölkədə Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə müraciət edib: "Bu çox yaxşı haldır".

T.Kərimli çıxışında problemli kreditlərlə əlaqədar Ombudsmanın müdaxilə etməsi ilə bağlı təklif irəli sürüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə