Gəncə şəhərində işsizliyin azaldılması və əlilliyi olan gənclərin işlə təmin edilməsi məqsədilə "Dayanıqlı dəyişiklik naminə Birgə Fəaliyyət" proqramına start verilib. SİA-ya Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) İctimaiyyətlə əlaqələr xidmətindın verilən məlumata görə, 15 ay davam edəcək proqram çərçivəsində 50-yə yaxın əlilliyi olan gəncin özəl və qeyri-özəl sektorda işlə təmin edilməsi nəzərdə tutulub.
Proqramda həmçinin, bərabər məşğulluğa təşviq edilməsi istiqamətində yerli QHT-lərin və fiziki qüsuru olan insanların cəlb olunduğu təşkilatların imkanlarının təkmilləşdirilməsi, fiziki qüsurlu insanlar üçün bərabər məşğulluq mühitinin yaradılması planlaşdırılıb.
Proqram müddətində gənclərin hüquqlarının müdafiəsi, sosial rifahının yüksəldilməsi məsələlərinin daha mütəşəkkil həlli məqsədilə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi yanında Uşaq Müdafiə Departamenti ilə birgə əməkdaşlıq aparılacaq. Artıq proqram ilk işini –Gəncədə yaşayan əlilliyi olan gəncləri və onların ailələrini, QHT nümayəndələrini regiondakı real vəziyyət, proqramın məqsədi və gedişatı barədə məlumatlandırmaqla başlayıb.
Qeyd edək ki, "Dayanıqlı dəyişilik naminə Birgə Fəaliyyət" proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Uşaqların xilası (Save the Children) və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birgə fəaliyyəti ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB