DİM-dən namizədlərə XƏBƏRDARLIQ

DİM-dən namizədlərə XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 7 və 8 fevralda elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və 13 fevralda elan edilmiş ümumi müsahibə üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, müsahibələr Bakı şəhəri, DİM-in Gəncə regional bölməsi də daxil olmaqla 11 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 89 müsahibədən 37-si baş tutub, 52 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən baş tutmayıb.

Müsahibədə iştirak etmiş namizədlərdən 17-si iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Qeyd olunub ki, nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

DİM namizədlərə xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradanləğv etməlidirlər.

Namizədlərlə müsahibələrin keçirilməsi mayın 15-dək davam edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə