Akademik: "KT müayinəsi zamanı rentgen şüalanma daha güclü olur"
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında M. Nağıyev adına Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun direktor müavini Məhəmməd Babanlı "Yüksək texnologiyalar üçün unikal qeyri - üzvi materiallar olan topoloji izolyatorların sintezində və dizaynında yeni yanaşmalar. Nailiyyətlər və perspektivlər" mövzusunda elmi məruzə ilə çıxış edib. SİA-nın xəbərinə görə, alim bildirib ki, Azərbaycanda qeyri - üzvi materialşünaslıq sahəsində 50 ildən artıqdır elmi - tədqiqat işləri aparılır: "Son illərdə kimya, fizika və materialşünaslığın qovşağında multidissiplinar elmi araşdırmaların prioritet istiqamətlərindən biri yeni nəsil qeyri-üzvi funksional materialların - topoloji izolyatorların yaradılması və tədqiqidir. Topoloji izolyator materiyanın xüsusi kvant halı olub özünü həcmdə izolyator kimi apardığı halda, səthdə yüksək spinyolyarlaşmış keçiriciliyə malikdir. Bu qeyri - adi hadisə topoloji izolyatorlar əsasında keyfiyyətcə yeni elektronikanın - spintronikanın və topoloji kvant kompüterlərinin yaradılmasına geniş imkanlar yaradır. Bu materialların tibdə və təhlükəsizlik sistemlərində istifadə olunan "terahers" detektorlarda və digər yeni nəsil cihaz və qurğularda istifadə olunacağı gözlənilir".
Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb.
Müzakirələr zamanı AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov bildirib ki, MRT müayinədən (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası) fərqli olaraq KT (kompüter tomoqrafiyası) müayinəsi zamanı rentgen şüalanma daha güclü olur: "MRT müayinə zamanı isə rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur".
Sonda Rəyasət Heyəti məruzə ilə bağlı qərar qəbul edib. Qərara əsasən AMEA-nın aidiyyəti bölmələrinə topoloji izolyatorlar sahəsində araşdırmaların multidissiplinar xarakterini nəzərə almaqla bu istiqamətdə tədqiqatların koordinasiya edilməsi tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB