Bakıda nazirlər konfransının IV sessiyası keçirilib YENİLƏNİB-FOTOLAR-VİDEO
Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri gənclər və idman nazirləri konfransının IV sessiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, sessiya "Qurani-Kərim"dən ayələrin oxunuşu ilə başlayıb.
Sessiyanın əvvəlki Nazirlər Toplantısına rəhbərlik etmiş Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak konfransda sədrliyin Azərbaycana keçdiyini elan edib.
Bundan sonra İƏT gənclər və idman nazirləri konfransının növbəti 2 il üçün sədrliyi Azərbaycanın gənclər və idman nazirinin səlahiyyətlərini icra edən Azad Rəhimova təqdim olunub.
A. Rəhimov bildirib ki, Azərbaycan İƏT-lə əməkdaşlığa böyük önəm verir: "Azərbaycan İslam ölkələrində gənclərin inkişafı üçün əlindən gələn bütün tədbirləri əsirgəmir. Biz həm də dövlətlərarası əməkdaşlıqda gənclərin rolu ilə bağlı müxtəlif tədbirlər keçiririk. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunub və elə həmin il ölkədə IV İslam Həmrəyliyi Oyunları keçirilib".
Toplantıda 40-a yaxın İƏT ölkəsini təmsil edən nümayəndə heyətlərində gənclər və idman üzrə nazirlər, dövlət agentliyi və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələri iştirak edib.
Tədbir zamanı İƏT gənclər strategiyası, gənclər fəaliyyəti və idman üzrə qətnamələr, nazirlər görüşünün növbəti V sessiyasının tarixi və yerinin müəyyən olunması ilə bağlı qərarın və yekun Bakı bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB