Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Pakistan İslam Respublikasının və 1 nəfər Türkiyə Respublikasının vətəndaşı olmaqla, ümumilikdə 6 əcnəbi saxlanılıb.
DMX-dən SİA-ya verilən məlumata görə, araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub.
Qeyd edilən əcnəbilərin respublikanın hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB