Bakının bu ərazisində suyun verilməsində məhdudiyyət olacaq. “Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, Yasamal rayonu ərazisində yerləşən +152 “Alatava” su anbarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar 17 aprel 2018-ci il tarixində gün ərzində 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə