ABŞ-ın Tuleyn Universitetinin alimləri yoqa və zehni inkişaf praktikasının məktəb proqramına daxil edilməsini məsləhət görüblər. Onların fikrincə, yoqa uşaqlarda müşahidə olunan stress və həyəcanla mübarizədə kömək edər, emosional vəziyyətini yaxşılaşdırar.
Meddaily saytında yer alan xəbərə görə, bu istiqamətdə üçüncü sinif şagirdləri arasında eksperiment aparılıb. Dərs ilinin əvvəlində həyəcan hissi olan şagirdlər iki qrupa ayrılıblar. 32 nəfərdən ibarət kontrol qrupunun uşaqları mütəmadi olaraq məktəb psixoloqu ilə ünsiyyətdə olublar. Digər, 20 nəfərdən ibarət qrup iştirakçıları isə səkkiz həftə ərzində yoqa və zehni inkişaf proqramı ilə məşğul olublar. Onlar nəfəs gimnastikası, xüsusi sakitləşdirici hərəkətlər ediblər.
Tədqiqatların nəticələrinə görə kontrol qrupuna nisbətən ikinci qrupda olanların psixo-sosial və emosional vəziyyətində yaxşılaşma müşahidə edilib. Yoqanın uşaqlara müsbət təsir göstərdiyini müəllimlər də təsdiqləyiblər. Bu məşğələlər məktəb proqramına daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB