Azər Badamov: "Biz seçkini heç də kiminsə xoşuna gəlmək üçün keçirmirik" MÖVQE

Azər Badamov: "Biz seçkini heç də kiminsə xoşuna gəlmək üçün keçirmirik" MÖVQE

ATƏT-seçkilerde müşahidə missiyasını müəyyən dairələrin safarişi ilə məqsədli həyata keçirir. ATƏT-in seçki ilə bağlı açiqlayacağı fikirlər də qabaqcadan bizə məlum idi. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkəmizdə keçirilən seçkidə xalqımız öz iradəsini sərbəst şəkildə ifadə etdi. “Qayda pozuntu halları, müdaxilə ve seçicilərə təsir halları olmamışdır. Seçkilər tam demokratik şəraitdə keçdi. Hətta onu da qeyd etmek istəyirəm ki, Azərbaycanda keçirilən Prezident seçkisi ATƏT-i təmsil edən ölkələrin seçkisindən də yüksək səviyyədə keçmişdir. Qaldı ki, bəzi beynəlxalq təşkilatların qərəzli fikirlərinə, biz seçkini heç də kiminsə xoşuna gəlmək üçün və kimlərəsə göstərmək üçün keçirmirik. Biz seçkini yalnız Azərbaycan vətəndaşının seçimini, iradəsini, istəyini öyrənməyə görə keçirdirik. Azərbaycan xalqı müdrik xalqdır. Təbii ki xalqımız Azərbaycanın işıqlı gələcəyinə sabhına səs verdi. Bizi maraqlandıranda xalqımızın fikri və iradəsidir.

Onların Azərbaycana və keçirilən seçkiyə münasibətidə qərəzli planlaşdırılmış bir münasibətin göstəricisidir. Səsləndirilən o fikirlərdə isə son bir neçə ildə Azərbaycana yönəlik qaralama kampaniyasında iştirak edən dairələrin dediklərindən fərqli yeni bir şey yoxdur. Bunun üçün yenidən müşahidə missiyasının tərkibində Azərbaycana gəlməklə və həmin sözləri burda söyləməklə seçkini demokratik saya bilmədiklərini arqumentləşdirməyə ehtiyac yoxdur. Bu, onların bu günə qədər formalaşmış, müəyyən maraqlara və məqsədlərə xidmət edən fikirləridir. Çünki onların Azərbaycandakı seçki nailiyyətlərini vurğulamaq istəmədilər, bu, onlara sərf etmədi”.

RUQİYYƏ

Bütün xəbərlər Facebook səhifəmizdə