Lənkəranlılar qələbə sevincini bayram edirlər

Lənkəranlılar qələbə sevincini bayram edirlər

Aprelin 11-də müvəffəqiyyətlə baş tutan prezident seçkiləri Azərbaycanın hər yerində olduğu kimi Lənkəranda da seçicilərin yüksək əhval-ruhiyyəsi və mütəşəkkilliyi ilə keçib. SİA-nın məlumatına görə, rayonda fəaliyyət göstərən 4 seçki dairəsinin 116 seçki məntəsində seçicilərin tam mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verərərək ölkədə Heydər Əliyev siyasi kursunun davam etməsi arzusunda olduqlarını bir daha ifadə ediblər.

Bu parlaq qələbə münasibətilə Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatının təşəbbüsü ilə Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkında minlərlə lənkəranlının iştirakı ilə möhtəşəm konsert olub. Bədii özfəaliyyət kollektivlərinin ifasında səslənən mahnılar bayram iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb. Konsert bayram atəşfəşanlığı ilə başa çatıb. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, rayon ictimaiyyəti, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər işçiləri konsertdə iştirak ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə