Ombudsman: “Builki seçkilər bütün qanunlara, qaydalara riayət edilməklə təşkil edilib”

Ombudsman: “Builki seçkilər bütün qanunlara, qaydalara riayət edilməklə təşkil edilib”
Saat 11:00-a qədər 4 saylı qadın cəzaçəkmə müəssisəsində səsvermə prossesi başa çatıb. SİA-nın xəbərinə görə, bu barədə 4 saylı qadın cəzaçəkmə müəssisəsində seçki prosesini izləyən ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, burada seçki hüququ olan 12 gənc və 324 qadın səs verib.

E.Süleymanova qeyd edib ki, müşahidə apardığı Yasamal, Səbail və Xətai rayonlarındakı seçki məntəqələrində heç bir qanun pozuntusu aşkarlanmayıb: "Builki seçkilər bütün qanunlara, qaydalara riayət edilməklə təşkil edilib. Buna səbəb son bir il ərzində seçkilərin keçirilməsi ilə bağlı çoxsaylı təlim tədbirlərinin keçirilməsidir. İnanıram ki, builki seçkilərdə heç bir qanun pozuntusu aşkarlanmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə