Belçikalı senator: "Azərbaycanın təcrübəsi bir çox ölkələrə nümunədir"

Belçikalı senator: "Azərbaycanın təcrübəsi bir çox ölkələrə nümunədir"

Azərbaycanda prezident seçkilərinin təşkil edilməsi təcrübəsini bir çox ölkələrə nümunə gətirmək olar. SİA-nın məlumatına görə, bunu prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Belçikanın Flandriya senatının fəxri üzvü Frank Kreyelman deyib.

F.Kreyelman deyib: "Belçika da daxil olmaqla bir çox ölkələrə prezident seçkilərinin keçirilməsində Azərbaycanın effektli yanaşmasını öyrənmək faydalı olardı".

Senator qeyd edib ki, Belçikadan olan müşahidəçilər şəffaf seçkilərin şahidi olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə