Prezident seçkilərində ölkə üzrə seçici fəallığı 74,51 faiz olub

Prezident seçkilərində ölkə üzrə seçici fəallığı 74,51 faiz olub

Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığı açıqlanıb. Xəbər verilir ki, saat 19.00-da səsvermə başa çatıb və 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səsvermədə iştirak edib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, prezident seçkilərində seçici fəallığı 74,51 faiz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə