“ELS”: “exit-poll”un nəticələrinə əsasən İlham Əliyev 82,71 faizlə səslə liderdir

“ELS”: “exit-poll”un nəticələrinə əsasən İlham Əliyev 82,71 faizlə səslə liderdir

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 11 aprel prezident seçkiləri ilə bağlı 118 seçki dairəsinin 300 seçki məntəqəsində “exit-poll” keçirib. SİA-nın verdiyi məlumata görə, “exit-poll”da 60 min anketdən istifadə edilib. Sorğunun ilkin nəticələri səsvermə başa çatdıqdan sonra ictimaiyyətə açıqlanıb. Nəticələrə əsasən səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:

Əliyev İlham Heydər oğlu- 82,71 faiz

Əlizadə Araz Məmməd Mübariz oğlu-1,87 faiz

Hacıyev Hafiz Ələmdar oğlu-2,01 faiz

Həsənquliyev Qüdrət Müzəffər oğlu- 4,23 faiz

Məmmədov Sərdar Cəlal oğlu-3,56 faiz

Nurullayev Razi Qulaməli oğlu-0,92 faiz

Oruc Zahid Məhərrəm oğlu-3,37 faiz

Quliyev Fərəc İbrahim oğlu- 1,33 faiz

Sorğuda iştirak edənlərin 55,1 faizini kişilər, 43,1 faizini qadınlar təşkil edib. Yaş kateqoriyalarına görə respondentlərin 3,9 faizi 18-19 yaş, 17,1 faizi 20-29 yaş, 23,2 faizi 30-39 yaş, 19,4 faizi 40-49 yaş, 19,1 faizi 50-59 yaş və 15,6 faizi 60 yaşında və ondan yuxarı olub.

Bundan başqa, səsvermə prosesinin təşkilini respondentlər bu cür qiymətləndirib: 96,9 faiz müsbət, 1 faiz mənfi.

Bütün xəbərlər Facebook səhifəmizdə