Andryu Hopkins: "Seçki prosesi ilə əlaqədar fikirlər qənaətbəxşdir"
"Seçki fəallığı kifayət qədər var və biz bunu obyektiv şəkildə işıqlandırırıq". Bunu SİA-ya açıqlamasında TRT World kanalının İstanbul ofisinin əməkdaşı Andryu Hopkins deyib.
Andryu Hopkins bildirib ki, müşahidəçi kimi təcrübəsi yoxdur: "Ona görə də peşəkar fikrimi bildirə bilməyəcəyəm. Amma ilkin təəssüratlarım bir jurnalist olaraq budur ki, saat yarımdır artıq biz bu seçki məntəqəsindəyik və açıq-aşkar heç bir problem görmürük. Seçki fəallığı kifayət qədər var və biz bunu obyektiv şəkildə işıqlandırırıq. O ki, qaldı Azərbaycana, mən 2-3 gündür ki, Bakıdayam və mərkəzi küçələrdə öz müşahidələrimizi aparmışıq. Həm iqtidar mənsubları ilə, həm də müxalifət nümayəndələri ilə, eyni zamanda namizədlərlə müsahibələrimiz, reportajlarımız olub. Hələ ki, elə bir açıq-aşkar qanun pozuntusu, hər hansı bir şikayət, problem yoxdur. Amma yenə deyirəm, mən seçki müşahidə mütəxəssisi deyiləm və bu mənim bir jurnalist kimi ilkin təəssüratlarımdır".
Mən Qərbdən, Birləşmiş Krallıqdanam, İngiltərə vətəndaşıyam və təbii ki, bizim seçki təcrübəmizlə sizin təcrübəniz arasında müəyyən fərqlər var. Bizdə küçələrdə, hətta hər yerdə bayraqlar, posterlər həddindən artıq çoxdur. Sizdə bir az fərqlidir və daha sakit, daha çərçivəli şəkildə olur. Amma hər yerdə, hər ölkədə bu özünəməxsusdur və mən bunu normal qarşılayıram, vəziyyət yaxşıdır və ümumən seçki prosesinə olan fikirlərim qənaətbəxşdir".
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB