Ukraynalı deputat: "Azərbaycanda seçicilərin fəallığı çox yüksək səviyyədədir"

Ukraynalı deputat: "Azərbaycanda seçicilərin fəallığı çox yüksək səviyyədədir"

Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy ölkəmizdə keçirilən Prezident seçkilərində beynəlxalq müşahidəçi olaraq səsvermə prosesini izləyir. SİA-ya açıqlama verən deputat bu saata qədər 20-dən çox seçki məntəqəsində olduğunu bildirib: Azərbaycanda Prezident seçkiləri çox yüksək səviyyədə təşkil olunub. Biz vətəndaşların seçkilərdə iştirakının təmin edilməsinə xüsusi diqqət yönəltdik. Vətəndaşların adları seçki siyasında var və onlara seçki bülletenləri verilir, səsvermə hüquqlarından istifadə edirlər. Biz digər müşahidəçilərlə də ünsiyyət yaratdıq. Onlar da söylədilər ki, Azərbaycanda seçicilərin fəallığı çox yüksək səviyyədədir. Seçki prosesində hər hansı bir qayda pozuntusu aşkar edilməyib".

Beynəlxalq müşahidəçi Azərbaycanda seçkilərdə hər kəsin iştirakına şərait yaradıldığını vurğulayıb: “Çox məmnun oldum ki, fiziki qüsurlu şəxslərin seçkilərdə iştirak etməsi təmin olunub. Azərbaycanda seçicilərin barmaqlarına vurulan xüsusi maye təkrar səsvermənin qarşısını almaq çox yaxşı vasitədir. Bu vasitənin Ukraynadakı seçkilərdə də istifadə olunması yaxşı olardı”.

Bütün xəbərlər Facebook səhifəmizdə