Fransadakı vətəndaşlarımız Parisdəki Mədəniyyət Mərkəzində səs verirlər

Fransadakı vətəndaşlarımız Parisdəki Mədəniyyət Mərkəzində səs verirlər

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yerli vaxtla saat 8:00-da prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
Səfirliyin konsulluq xidmətində qeydə alınmış və bu ölkədə ezamiyyətdə olan Azərbaycan vətəndaşları səs verirlər.

SİA-nın verdiyi məlumata görə, vətəndaşlarımızın azad və şəffaf səs vermələrinin təmin edilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada zəruri tədbirlər görülüb.

Səsvermə Paris vaxtı ilə saat 19-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə