Beynəlxalq müşahidəçi: “Prezident seçkiləri çox yüksək səviyyədə keçirilir” - AÇIQLAMA

Beynəlxalq müşahidəçi: “Prezident seçkiləri çox yüksək səviyyədə keçirilir” - AÇIQLAMA

Azərbaycanda keçirilən Prezident seçkilərini müşahidə edən irlandiyalı politoloq Cerard Oliver səsvermə ilə bağlı fikirlərini bildirib. SİA-ya açıqlama verən beynəlxalq müşahidəçi seçkilərin şəffaf və demokratik keçirildiyini vurğulayıb: “Səhər saatlarından müxtəlif məntəqələrdə səsverməni izləyirəm. Müşahidələrimdən qənaətə gəldim ki, Azərbaycanda Prezident seçkiləri tam şəffaf keçirilir və dünya standartlarına uyğundur. İnsanlar xoşbəxtdirlər və səsverməyə can atırlar. Seçicilər seçki məntəqələrinə gələrək öz namizədlərinə səs verirlər. Azərbaycanda Prezident seçkiləri çox yüksək səviyyədə keçirilir”.

Qonaq Azərbaycana ilk dəfə gəldiyini və burada olmaqdan məmnunluğunu bildirib: “Ölkəniz çox gözəldir. Azərbaycanı gözəl edən cəhətlərdən biri də onun insanlarıdır. Onlar qonaqpərvər və dostcanlıdırlar. Azərbaycanlıları irandiyalılara bənzədirəm və çox sevirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə