11 aprel 2018-ci ildə keçirilən Azərbaycan Respublikasının prezidenti seçkiləri Cəlilabadlı seçicilərin yüksək fəallığı şəraitində davam edir. YAP Cəlilabad rayon təşkilatından SİA-ya verilən məlumata görə, rayon üzrə 3 seçki dairəsinin əhatə etdiyi 87 seçki məntəqəsində siyahıda olan 99236 nəfər seçicilərin 21443 nəfəri və ya 21.6 faizi bu gün saat 10:00 –dək səs veriblər.
67 saylı Cəlilabad şəhər seçki dairəsinin 5, 19, 26, 68 saylı Cəlilabad kənd seçki dairəsinin 5, 8, 12 saylı, 69 saylı Cəlilabad- Masallı-Biləsuvar seçki dairəsinin 1, 4, 6, 7, 15 saylı və digər seçki məntəqələrində seçici fəallığı daha yüksəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB