Ömər Qocaman: "Azərbaycanın çox yaxşı seçki təcrübəsi var"

Ömər Qocaman: "Azərbaycanın çox yaxşı seçki təcrübəsi var"

"Azərbaycan Respublikasının çox yaxşı seçki təcrübəsi var. Xalqın bu seçkilərdə yüksək əhval-ruhiyə nümayiş etdirməsi onların öz talelərinə, gələcəklərinə çox diqqətlə yanaşdıqlarını göstərir". Bunu SİA-ya açıqlamasında Türk Dövlətləri Əməkdaşlıq Şurasının baş katibinin müavini, müşahidəçi Ömər Qocaman deyib.

Onun sözlərinə görə, seçki prosesini müşahidə edən nümayəndə heyətinin tərkibində 15 nəfər təmsil olunur: "Müşahidəçilərin sırasında Qazaxıstan, Qırğızıstan və Türkiyədən kifayət qədər seçki təcrübəsi olan şəxslər yer alıb. Biz Bakı ilə yanaşı, Şəki və Qubada da seçki prosesini müşahidə edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə