"Pozuntu hallarına rast gəlinməyib"

"Pozuntu hallarına rast gəlinməyib"

19 saylı Nərimanov birinci seçki dairəsinin 34 saylı məntəqəsində səsvermə prosesi başlayandan aktivlik müşahidə edilir. SİA-nın əməkdaşına məntəqə sədri İradə Mustafayevanın verdiyi məlumata görə, seçicilərin ümumu sayı 1258 nəfərdir. 10:38 radələrinədək 161 nəfər səs verib. Prosesi 16 yerli müşahidəçi izləyir. Heç bir pozuntu hallarına rast gəlinməyib. Seçkinin gedişinə müşahidəçilərin münasibəti çox yüksəkdir.
Müşahidəçilər MMP, ADP, YAP, AVCIYA, ASDP və 11 bitərəfdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə