Noyabrın 6-da Türkiyənin Azərbaycandakı səfirliyində "Pakistana yardım əli" xeyriyyə aksiyası keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə Türkiyənin məşhur modelyeri Əhməd Özceyhanın "Azərbaycan" və tanınmış modelyer, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfovanın "Türkiyə" adlı kolleksiyaları nümayiş etdirilib.
İndiyədək bir çox ölkələrdə nümayiş olunan kolleksiyalar - zərli saplarla işlənmiş kostyumlar, gümüşü qaşlarla bəzək vurulmuş gündəlik və gecə paltarları, əllə toxunmuş üst geyimləri, milli naxışlarla bəzədilmiş qadın geyimləri paytaxt tamaşaçılarına göstərilib.
Hər iki modelyer tədbirin xeyriyyə məqsədi daşımasından qürur duyduqlarını vurğulayıblar.
Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıç bildirib ki, xeyriyyə tədbiri Pakistanda müalicə müəssisənin inşasına dəstək məqsədilə keçirilir. G.Kılıç qeyd edib ki, insanların bir-birinə yardım göstərməsi həm dini, həm də insanlıq baxımından vacibdir.
Tədbirdə xeyriyyə məqsədi ilə lotereya da oynanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB