14 saylı Xəzər seçki dairəsi seçici aktivliyi ilə fərqlənir

14 saylı Xəzər seçki dairəsi seçici aktivliyi ilə fərqlənir

Xəbər verdiyimiz kimi, ölkəmizdə Prezident seçkiləri uğurla davam edir. SİA-nın əməkdaşı 14 saylı Xəzər seçki Dairəsinin 17 saylı seçki məntəqəsində olub. Məntəqə sədri Lütfiyyə Qasımova bildirib ki, saat 08:16-dək 40 seçici səsvermə hüququndan istifadə edib. Onların 60 faizi kişilər, 40 faizi qadınlardır.

Seçki prosesini Yeni Azərbaycan Partiyası, Azərbaycan Vətəndaş Cəmiyyəti, öz təşəbbüsü əsasında, Siyasi Partiyalar Qrupu və digər partiyalardan müşahidəçilər izləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə