Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin üzvləri İğdırın Zübeydə xanım bulvarında açıq səma altında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı dəhşətli cinayətlər törətmiş erməni rəhbərlərin mühakimə olunmasını əks etdirən "Vicdan məhkəməsi" adlı tamaşa nümayiş etdiriblər.
SİA-nın məlumatına görə, tamaşada ermənilər tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlıların faciəsini və 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımı dəhşətlərini əks etdirən səhnələr göstərilib.
Dərnəyin sədri Göksel Gülbey deyib: "Biz hamımız azərbaycanlıyıq, hamımız xocalılıyıq. Ermənilərin Xocalıda qətlə yetirdikləri 613 günahsız insanın fəryadı hələ də qulaqlardadır. O insanların istədikləri yalnız ədalətdir. Xocalı soyqırımını törədənlər mühakimə edilməlidirlər".
Tamaşanı seyr edənlər azərbaycanlılara və türklərə qarşı törədilən soyqırımı və digər terror aksiyaları barədə fikirlərini bölüşmüş və bildiriblər ki, erməni cəlladları və onların havadarları layiq olduqları cəzanı almalı, Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB