Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

11 aprel Azərbaycanda prezident seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana bilərlər.

Qeyd edək ki, 12 aprel tarixindən etibarən isə mərkəzlərdə bütün xidmətlər göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə