Formula1 ilə əlaqədar nəqliyyatın hərəkəti üçün xüsusi vəsiqələr aprelin 12-dən 23-dək veriləcək

Formula1 ilə əlaqədar nəqliyyatın hərəkəti üçün xüsusi vəsiqələr aprelin 12-dən 23-dək veriləcək

Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində Bakı sakinləri trek ətrafında maneəsiz hərəkət edə biləcəklər. SİA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkət edə bilməsi üçün trek ərazisində yerləşən yeraltı keçidlər günboyu açıq olacaq: "Bununla yanaşı, piyadalar trekin müəyyən yerlərində quraşdırılacaq müvəqqəti yerüstü keçidlərdən istifadə edə biləcəklər.

Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər, ikinci zonaya Azadlıq meydanı və ona yaxın yerləşən digər ərazilər, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir. Əlaqədar qurumlar tərəfindən bu ərazilərdə yaşayan sakinlər, kirayəşinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara bütün zonalara giriş üçün eyni icazə sənədi təqdim olunacaq. İcazə sənədi yalnız Formula 1 Azərbaycan Qran Prisi zamanı yol məhdudiyyətləri tətbiq edilən müddət - 23 aprel -1 may üçün etibarlıdır. İcazə sənədləri aprelin 12-dən 23-dək əldə etmək mümkündür.

İcazə sənədi nəqliyyat vasitəsinin ön şüşəsinin aydın görünən aşağı hissəsinə yerləşdirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə