Gəncədə göldə batan uşaq xilas edilib. SİA-nın xəbərinə görə, hadisə Heydər Əliyev park kompleksində yerləşən süni göldə baş verib. Gölün kənarında oynayan 2010-cu il təvəllüdlü Səttarov Həsən Elvin oğlu ehtiyatsızlıq nəticəsində suya düşüb. Ərazidə olan polis əməkdaşları uşağı sudan çıxararaq xəstəxanaya çatdırıblar. Tibbi yardım nəticəsində H. Səttarovun həyatını xilas etmək mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB