Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda kömür mədənində insan tələfatı ilə baş vermiş hadisə ilə əlaqədar Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib. Məktubda deyilir:
Hörmətli cənab Prezident,
Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB