Respublika çaylarında son günlər üzrə sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edib.
Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 431 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 210 m3/s olmaqla ongünlük normanın 45 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 199 m3/s olmaqla, ongünlük normanın 144 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 73 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB