Ukrayna azərbaycanlıları İlham Əliyevi dəstəkləyir MÜRACİƏT

Ukrayna azərbaycanlıları İlham Əliyevi dəstəkləyir MÜRACİƏT

“Azərbaycanı tərəqqi və inkişafa yalnız İlham Heydər oğlu Əliyev apara bilər”

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayətinin sədri Teymur Məmmədov aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, Ukrayna azərbaycanlıları hər zaman ulu öndər Heydər Əliyev ideologiyasına və onun uğurlu davamına birmənalı dəstək göstəriblər. Belə ki, həmin ideologiyanın bilavasitə cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan son 15 ildə nəhəng addımlarla irəliləyərək, istər regional, istərsə də beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

“Məhz bu kimi faktorların nəticəsidir ki, Azərbaycan MDB məkanında lider dövlətlər sırasında öz yerini möhkəmləndirib və xüsusilə, Ukrayna ilə mövcud olan əlaqələr digər ölkələrə örnək hesab edilə bilər”, - deyə vurğulanan müraciətdə həmçinin bildirilir ki, Lvov vilayətində yaşayan, çalışan azərbaycanlılar bir vəhdət olaraq cənab İlham Əliyev siyasətinə dəstək göstərirlər.

Teymur Məmmədov həmçinin bildirib ki, BDU-nun məzunu olmaqla yanaşı, Azərbaycanın Milli Qvardiyasında xidmət keçməsi onun Vətəninə olan sevgisini daha da artırıb və harada yaşamasından asılı olmayaraq, daim qəlbi Azərbaycanla döyünür: “Bu gün hər bir azərbaycanlı öz dövlətinə və prezidentinə sadiqliyini göstərməli, seçkilərdə İlham Əliyev cənablarına səs verməklə, inkişafın, tərəqqinin davamına dəstək göstərməlidir. Biz, ölkəmizdən uzaqlarda olsaq da, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilayəti adından bəyan edirik ki, hər zaman Azərbaycanın sabitliyinə, sosial-iqtisadi inkişafına, dünya dövlətləri arasında nüfuzunun artmasına birmənalı olaraq dəstək göstərəcək, bu istiqamətdə ölkə başçısının siyasəti ətrafında birləşəcəyik. Həmçinin, Ukraynada fəaliyyət göstərən digər diaspora təşkilatlarını da çağırışımıza dəstək vermələri üçün müraciətlər etmişik. Azərbaycanın güclü dövlətçiliyi və tərəqqisi naminə hər birimiz birləşməli, ölkəmizi istəməyənlərə qarşı mübarizə aparmalı, bununla Ulu Öndər Heydər Əliyev siyasətinin davamına çalışmalıyıq. Çünki Azərbaycanın yaxın gələcəkdə daha güclü ölkə olması bilavasitə cənab İlham Əliyevin müdrikliyi, mütərəqqi və praqmatik siyasəti nəticəsində olacaq. Ona görə də hər birimiz Onun apardığı məqsədyönlü siyasət istiqamətində birləşərək, var qüvvəmizlə həmin siyasətə dəstək göstərəcəyik. İnanırıq ki, aprelin 11-də xalqımız müdirk seçimini edərək, növbəti 7 ildə də İlham Əliyevi dövlət başçısı postuna layiq görəcək. Çünki Azərbaycanı tərəqqi və inkişafa yalnız İlham Heydər oğlu Əliyev apara bilər. İLHAMLA İRƏLİ!”

Bütün xəbərlər Facebook səhifəmizdə