Kamal Abdullanın “Sehrbazlar dərəsi” Rusiyada çap olunub

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı Sankt-Peterburqda (Rusiya) çap olunub. SİA-nın xəbərinə görə, roman Sankt-Peterburqdakı "Zlatoust" nəşriyyatında hazırlanıb.

Əsərin tərcüməçisi və ön sözün müəllifi Lyudmila Lavrova yazır: "Düşünürəm ki, yazıçı Kamal Abdulla bu kitabda imkansız kimi görünən bir şeyi gerçəkləşdirib: o, yaradıcı təxəyyülün üfüqlərini reallığın hüdudlarına kimi genişləndirib, onlara sözlərin nəfəsini verərək, elə vəziyyətə çatıb ki, bu zaman özün illüziyaya, başqalarının bəlkə də, əski zamanlarda gördüyü röyaya çevrilirsən və bu röyalar haqqında roman yazırsan. Məşhur "Yarımçıq əlyazma" kimi "Sehrbazlar dərəsi" romanı da rus oxucusunun maraqla mütaliə etdiyi əsərlərin sırasına daxil olacaq".

Qeyd edək ki, bu roman 2008-ci ildə Türkiyədə "Avrupa Yakası Yayınları" nəşriyyat evində nəşr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə