Əfv Komissiyasının növbəti iclası keçirildi

Əfv Komissiyasının növbəti iclası keçirildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın üzvü Əliməmməd Nuriyevin verdiyi məlumata görə, iclasda yüzdən çox müraciətə baxılıb: “Hər dəfə Komissiyanın iclasında yüzlərlə müraciətə baxılır. Əfv Komissiyasının katibliyi daxil olan bütün müraciətlərə baxır və rəy verir. Nəqliyyat, mülkiyyət, iqtisadiyyat və şəxsiyyət yönümlü cinayətlərlə bağlı müraciətlər üstünlük təşkil edir. Hansı növ müraciətlərin üstünlük təşkil etməsi ilə bağlı yekun rəqəm bütün müraciətlərə baxılandan sonra verilə bilər. Bütün müraciətlərə baxılana qədər Komissiyanın iclasları davam edəcək”.

Qeyd edək ki, bu ilin may ayında Əfv sərəncamının imzalanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə