Qəbələdə seçkisiqabağı günlərdə Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə "700 min ağac əkək" kampaniyası çərçivəsində başlanmış aksiyanı davam etdirməkdədir.
Dünənki aksiyada YAP Qəbələ rayon təşkilatının fəalları, ilk partiya təşkilat sədrləri, rayon içtimaiyyətinin nümayəndələri yaxından iştirak edərək, 30 hektar meşə sahəsinin Nohurqışlaq kəndinə düşən hissəsində fındıq tingləri əkiblər.
Ağacəkmə kampaniyası may ayınadək davam edəcəkdir.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB