“Milli-mənəvi dəyərlərimiz Azərbaycan gənclərinin gözü ilə” FOTOLAR
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Bakı İslam Universitetinin Tələbə Gənclər Təşkilatının (BİU TGT) təşkilatçılığı və bir sıra digər ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının iştirakı ilə “Milli-mənəvi dəyərlərimiz Azərbaycan gənclərinin gözü ilə” adlı gənclər konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda tədbirin təşəbbüskarı Bakı İslam Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının yeganə azərbaycanlı müxbir-üzvü Elvin Talışınski, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmaylov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Elm və Təhsil departamentinin direktoru Əzizə Nəcəfova, gənclər təşkilatları, 10-dan çox dövlət və özəl ali təhsil müəssisələrinin TGT və TEC sədrləri iştirak edib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Konfransı açıq elan edən Bakı İslam Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının yeganə azərbaycanlı müxbir-üzvü Elvin Talışınski konfrans iştirakçılarını salamlayıb. O, milli-mənəvi dəyərlərin çox mühüm mövzu olduğunu və gənclərin bu məsələdə elmi və dini baxımdan maarifləndirilməsinin vacib olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmaylov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Elm və Təhsil departamentinin direktoru Əzizə Nəcəfova gənclərin maarifləndirilməsi işinin aparılmasının mühüm və strateji istiqamətlərdən olduğunu bildiriblər.
Sonra söz gənclərə verilib. Bakı İslam Universitetinin TGT sədri Qorxmaz Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin TGT-sinin Elm və Təhsil departamentinin direktoru Taleh Mirzəyev, Azərbaycan Dillər Universitetinin TGT sədri Günay Səmədli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin TGT-sinin İKT sədri İsmayıl Cəmilli, Bakı İslam Universitetinin magistr tələbəsi Şükür Əndəlifov, Qərbi Kaspi Universitetinin Tələbə Könüllü Birliyinin sədri Yadigar Nağıyev, Bakı Dövlət Univertsitetinin jurnalistika fakultəsinin TGT sədri Ruslan Yusifov, Bakı İslam Universitetinin TGT sədr müavini Xədicə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının TGT üzvü Kamil Abbas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin TGT sədri İman Sadıqov öz məruzələri ilə konfrans haqqında fikirlərini bildiriblər.
Çıxışlar bitdikdən sonra mövzular ətrafında müzakirələrə yer verilib. Daha sonra tədbirdə fəal iştiraklarına görə fəal gənclər ATGTİ tərəfindən diplomlarla təltif edilib.
Sonda “Milli-mənəvi dəyərlərimiz Azərbaycan gənclərinin gözü ilə” adlı gənclər konfransının iştirakçıları xatirə fotoşəkli çəkdiriblər.
Qeyd edək ki, konfransın keçirilməsinə əsas məqsəd Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu olan milli-mənəvi dəyərlərimizin gənclərə aşılanması, dövlətin hər cür resuslarından səmərəli istifadə yolları ilə formalaşdırmağa çalışdığı başlıca dəyərlərin gənclərin həyatlarının bütün sahələrində tətbiqinin təmin edilməsi, həmçinin onların dini cəhətdən maarifləndirilməsi, milli-mənəvi dəyərlərinin daha da artırılması, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan birliyimizi təmin dən milli-mənəvi dəyərləri qoruyub saxlamaq və gələcək nəsillərə ötürülməsində gənclərin rolunun vurğulanmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB