Son günlər xarici ölkələrdə məskunlaşmış bəzi anti-milli ünsürlərin sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizə zidd, heç bir siyasi normalara sığmayan fəaliyyəti, sosial şəbəkələrdə qeyri-əxlaqi statusları hamını narahat etməkldədir. Onların bu utancverici hərəkətləri öz doğmaları, ailələri və ümumilikdə cəmiyyətimiz tərəfindən nifrətlə qarşılanır və qınanılır. Bu, ictimaiyyət nümayəndələrinin çoxsaylı rəylərində də özünü açıq büruzə verir.
Almaniyaya “sığınan” bu cür şəxslərdən biri Salyan rayonundan olan Dadaşov Mübariz Mahur oğludur. Övladının hərəkətlərindən xəcalət çəkən valideynləri – atası Dadaşov Mahur və anası Dadaşova Zenfiranın SİA-nın redaksiyasına ünvanladığı məktubda deyilir ki, oğulları Dadaşov Mübariz Mahur oğlu 2014-cü ildə Almaniya dövlətinə gedərək, siyasi fəal kimi siğınacaq istəyib. Dörd ildir həmin ölkədə yaşayır. Bu gün də siyasi fəallığını davam etdirərək, mitinqlərdə iştirak edir. Suarlar səsləndirir, sosial şəbəkələrdə müxtəlif statuslarla çıxış edir: “Bir valideyn kimi onun bu hərəkətləri bizi narahat edir. Dəfələrlə oğlumuza bu mövqeyindən əl çəkməsini xahiş etsək də, o yolundan dönməyəcəyini deyir. Odur ki, onun bu əməllərinə bizim cavabdeh olmadığımız üçün oğlumuz Dadaşov Mübariz Mahur oğlundan imtina etmək qərarına gəlmişik”.
Göründüyü kimi, xaricə üz tutaraq müəyyən anti-Azərbaycan mərkəzlərin, ermənipərəst dairələrin təsiri altına düşən və öz ölkəsinə qarşı çirkin kampaniyaya qoşulan bu inasnların əməlləri öz doğmaları və yaxınları tərəfindən də sərt qınanır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB