Ağcabədidə "700 min ağac əkək" kampaniyası uğurla davam edir

Ağcabədidə "700 min ağac əkək" kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının fəalları Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə "700 min ağac əkək" kampaniyası çərçivəsində Ağcabədi Meşə Mühafizəsi və Bərbası Müəssisəsi ilə birlikdə ağacəkmə aksiyasını davam etdirir.

Növbəti aksiya Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müəyyən etdiyi 1,4,5 saylı meşəbəylik ərazisində həyata keçirilib. Kampaniya zamanı 1230-dan artıq meyvə və həmişəyaşıl ağac əkilib. Bununla da, ötən ilin payız mövsümündən başlayaraq, davam edən "700 min ağac əkək" kampaniyası çərçivəsində 14 mindən artıq ağac əkilib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə