Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 2 Aprel Kəlbəcərin işğalı günündə Kəlbəcər şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirib.
Aksiya iştirakçıları YAP-ın respublika ərazisində "700 min ağac əkək" və Heydər Əliyev Fondunun vitse-prezidenti və İDEA-nın rəhbəri Leyla Əliyevanın Xocalı faciəsində şəhid olmuş uşaqların xatirəsinə həsr edilmiş ağacəkmə kampaniyası təşşəbbüslərinə qoşularaq "Hər şəhidə bir fidan" adlı ağacəkmə kampaniyası keçiriblər. Keçirilən ağacəkmə aksiyasında Qarabağ müharibəsi zamanı şəhid olmuş 700-dən çox Kəlbəcər şəhidinin sayı qədər ağaç əkilib. Bakı-Sumqayıt dəmiryolu xətti boyunca həyata keçirilən bu kampaniyada YAP Nəsimi rayon təşkilatının 500-dən çox fəal üzvü və gənclər iştirak edib.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB