Qovlar-Tovuz mənzilində 4,5 km dəmir yolu əsaslı təmir olunur (FOTO)
Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Azərbaycan Dəmir Yolları QSC-dən SİA-ya verilən məlumata görə, bu gündən etibarən dəmir yolunun Qovlar-Tovuz mənzilində 4,5 km yolun və Baş Ələt stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 507 km dəmir yolu əsaslı təmir olunub və 136 yoldəyişən qurğu yenisi ilə əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB