Mayda HR Forumu keçiriləcək

Mayın 4-də Bakıda HR Forumu keçiriləcək. Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildiriblər ki, “HR Forumu layihəsinin” işçi qrupunun iclası olub.

İclasda HR Forumun mövzuları, spikerlərin seçilməsi, onlarla danışıqların aparılması, forumun keçiriləcəyi yer, dəvətlilərin siyahısı və s. kimi məsələlər müzakirə olunub və tədbirin mayın 4-də keçirilməsi müəyyənləşdirilib. Həmçinin iclasın formatının müəyyən olunması, mövzuların son olaraq dəqiqləşdirilməsi, spikerlərin müəyyənləşdirilməsi üçün ABA-ya təkliflərin ünvanlanması qərara alınıb.

Konfransda digital HR, SMART hədəflərin müəyyənləşdirilməsi, işçilərin iş yükünün hesablanması, succession planning və s. mövzular müzakirə olunacaq.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə