YAP Laçın rayon təşkilatı “700 min ağac əkək” aksiyasını davam etdirir
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə bağlı “700 min ağac əkək” kampaniyası çərçivəsində partiyanın Laçın rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası uğurlaı davam etdirilir. Belə ki, rayon təşkilatından “Səs” qəzetinə verilən məlumata görə, 2018-ci il mart ayı ərzində Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində keçirilən aksiyada Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəalları, ilk partiya təşkilat sədrləri və Yeni Azərbaycan Partiyasının üzvləri mütəşəkkilliklə iştirak ediblər.
Növbəti aksiya çərçivəsində adıçəkilən qəsəbə ərazisində 1100 ədəd ağac əkilib. Ümumiyyətlə, “700 min ağac əkək” kampaniyası müddətində YAP Laçın rayon təşkilatının fəalları tərəfindən Taxta Körpü ərazisində indiyə qədər 4000 ədəd ağac və müxtəlif gül kolları əkilib.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB