İsmət Abasov Niderland krallığı Senatının sədri ilə görüşüb

İsmət Abasov Niderland krallığı Senatının sədri ilə görüşüb
Kənd təsərrüfati naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti 31 oktyabr- 5 noyabr tarixlərində "Kənd Təsərrüfatı, Ərzaq Təhlükəsizliyi və İqlim Dəyişikliyi" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə Hollandiyada səfərdədir. Kənd təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumatda belə deyilir. Bu gün sərəf çərçivəsində nazir İsmət Abasov Niderland krallığı Senatının sədri Rene van der Lindenlə 2 tərəfli görüş keçirib. Görüşdə bir çox məqamlara toxunulub. O cümlədən ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və aqrar sahədə əlaqələrin genişləndirilməsi və bir sıra məsələlər də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə