Tehranda keçiriləcək sərgidə Azərbaycan da təmsil oluna bilər

Tehranda keçiriləcək sərgidə Azərbaycan da təmsil oluna bilər
Tehranda "Fairtrade GmbH& Co.KG" şirkətinin təşkilatçılığı ilə "İran Telecom 2010" beynəlxalq sərgisi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, sərgidə kompüter texnologiyası, noutbuklar, rəqəmsal sistem, informasiya-kommunikasiya texnologiyaları və digər bölmələr nümayiş olunacaq. Tədbirdə Azərbaycanın informasiya texnologiyaları və telekommunikasiya şirkətlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, sərgi noyabrın 13-dən 16-dək reallaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə