Tələbələrə xoş xəbər: Gələn ildən yataqxanalardakı qaçqın və məcburi köçkünlər köçürüləcək

Tələbələrə xoş xəbər: Gələn ildən yataqxanalardakı qaçqın və məcburi köçkünlər köçürüləcək
Gələn ildən etibarən universitetlərin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlər yeni qəsəbələrə köçürüləcək. Bu barədə SİA-ya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov məlumat verib. O bildirib ki, artıq bununla əlaqədar olaraq Masazır qəsəbəsi seçilib. S.Hüseynovun sözlərinə görə, artıq bu ərazidə qaçqın və məcburi köçkünlərin yeni qəsəbələrdə məskunlaşması üçün 13 hektar torpaq sahəsi ayrılıb: "Köçürülmə prosesinə gələn ildən başlanacaq. İlk olaraq Bakı Dövlət Universitetində məskunlaşan qaçqın və məvburi köçkün ailələri köçürüləcək".

Qeyd edək ki, hazırda Bakının 60 yataqxanasında 6 100 ailə - 24 min məcburi köçkün yaşayır. Bundan əlavə, pansionat və sanatoriyalarda müvəqqəti olaraq 2 836 ailə - 10 min məcburi köçkün məskunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə