Şirvanda seçkilərlə bağlı seminar-müşavirə keçirilib

Şirvanda seçkilərlə bağlı seminar-müşavirə keçirilib

Bu gün Şirvan şəhər polis şöbəsində İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin birgə 11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkisiylə bağlı polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilmiş zona seminar-müşavirəsi keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, seminarda 28 rayon dairə seçki komissiyasının sədrləri və 18 rayon polis şöbələrinin nümayəndələri iştirak edib.

Seminar müşavirədə Ombudsman Elmira Süleymanova, MSK-nın üzvü Bəxşeyiş Əsgərov, MSK-nın katibliyinin əməkdaşı Samit Tağıyev, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Hamlet Hümmətəliyev çıxış ediblər.

Çıxışlardan sonra müzakirələr başlayıb. Seminar müşavirəyə Şirvan Şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev yekun vurub.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə